Azərbaycan Belçikaya yumurta satacaq

“Yaxın gələcəkdə Azərbaycandan Belçika Krallığına yumurta ixrac ediləcək”.

Globalinfo.az oxu.az-a istinadən xəbər verir ki, bunu Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Mürvət Həsənli bildirib.

O bildirib ki, hazırda sənədləşmə işləri aparılır:

“Yaxın zamanda ixrac prosesi baş tutacaq. Hazırda İsrail da daxil olmaqla, 10-a yaxın xarici ölkəyə yumurta ixrac edirik”.

Sədr qeyd edib ki, ötən il 130 min tondan çox quş əti istehsal edilib.