WhatsApp Image 2025 11 08 at 22.01.02

ABŞ-nin Nyu-York şəhərində 8 Noyabr – Azərbaycanın Zəfər Gününün 5-ci il dönümü münasibəti ilə ölkəmizin dövlət bayrağı qaldırılıb.

Globalinfo.az xəbər verir ki, üçrəngli bayrağımız Nyu-York şəhərinin simvolu və maliyyə mərkəzi hesab olunan, turistlərin ən çox ziyarət etdiyi küçələrdən birində “Wall Street”də yerləşən “Bowling Green” parkında nəhəng bayraq dirəyindən asılıb.

Bayraq qaldırma mərasimi Azərbaycan-Nyu-York Assosiasiyasının təşkilatçılığı ilə baş tutub.

Bu münasibətlə nəhəng bayraq meydanı kimi tanınan “Bowling Green” parkında təşkil olununan mərasimdə Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Səlhət Abbasova, Azərbaycan diasporunun fəalları və ABŞ-də təhsil alan azərbaycanlı tələbələr fəal iştirak ediblər.

Daha sonra üçrəngli bayrağımız Dövlət Himnimizin sədaları altında Nyu-York səmasına qaldırılıb, Azərbaycanın və ABŞ bayraqları səmada birlikdə dalğalanıb.

Paylaş: