Azərbaycan “Avroviziya 2024”-ün finalında ən yüksək xalı (12) İsveçryə verib.
Globalinfo.az xəbər verir ki, bundan başqa, Bakıdan İrlandiya 10, Lüksemburqa 8 xal gedib.
Növbəti sıraları müvafiq olaraq Gürcüstan (7), İtaliya (6), İsveç (5), Xorvatiya (4), Sloveniya (3), Kipr (2), Ukrayna (1) tutub.
Qeyd edək ki, 68-ci “Avroviziya-2024” mahnı müsabiqəsinin qalibi İsveçrə təmsilçisi Nemo Mettler olub.