Azərbaycana möhtacdırlar, unutmasınlar! – Sərt çıxış

“Bu gün Azərbaycan Avropanın qaz təminatında açar rolunu oynayır”.

Globalinfo.az xəbər verir ki, bunu Milli Məclisin martın 5-də keçirilən iclasında deputat Tahir Rzayev deyib.

“Nazirlərin ölkəmizdə keçirilən iclasında İlham Əliyev ölkəmizin enerji təminatını bir daha dünyaya təqdim etdi. Azərbaycan 8 ölkəyə qaz ixrac edir, bunlardan 6-sı Avropa ölkəsidir. Avropa Azərbaycana demək olar ki, möhtacdır. Lakin Aİ deputatları, təəssüf ki, bunun fərqində deyillər. Səsləndirilən saxta bəyanatlarda Avropa Parlamenti özünü tamamilə nüfuzdan salıb. Bəyanatları münasibətləri kölgələyir, Avropa Parlamenti və ölkələri bilməlidir ki, bu onları gələcəkdə enerjisiz qoya bilər”.

Ayşən Mustafa
Globalinfo.az