Azərbaycan atıcısı beynəlxalq turnirdə qızıl medal qazandı

Azərbaycan atıcısı Vladislav Kalmıkov Almaniyanın Dortmund şəhərində keçirilən “ISAS-2024” beynəlxalq turnirində qızıl medal qazanıb.

Globalinfo.az xəbər verir ki, o, oğlanlar arasında 10 metr məsafəyə pnevmatik tapançadan güllə atma yarışında bütün rəqiblərinə qalib gələrək, fəxri kürsüyə qalxıb.

Qeyd edək ki, turnirə martın 24-də yekun vurulacaq.