Azərbaycanın bank sektoru iqlim dəyişikliyi ilə bağlı 2 milyard manatlıq öhdəlik götürür.
Globalinfo.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov noyabrın 11-dən başlayaraq noyabrın 22-nə qədər Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində təşkil olunmuş “Qlobal maliyyə sistemi: İqlim fəaliyyəti üçün maliyyələşmənin genişləndirilməsi” adlı tədbirdə bildirib.
“Bu vəsait dayanıqlı və yaşıl layihələrin həyata keçirilməsinə yönəldiləcək”, – deyə o qeyd edib.