azer qasimli 52

Siyasi Menecment İnstitutunun direktoru, politoloq Azər Qasımlının nədə ittiham olunduğu bəlli olub.

APA xəbər verir ki o, 182.2.3 (Hədə-qorxu ilə tələb etmə,zor tətbiq etmə ilə törədildikdə) təqsirli bilinir.

Vəkili Aqil Layıc bildirib ki, Azər Qasımlı hədə-qorxu ilə pul tələb etməkdə şübhəli bilinərək saxlanılıb.

***

Barəsində olan müraciətlə əlaqədar Siyasi Menecment İnstitutunun direktoru, politoloq Azər Qasımlı polis əməkdaşları tərəfindən saxlanılıb.

Globalinfo.az xəbər verir ki, APA-nın DİN-in Mətbuat Xidmətinə sorğusuna cavab olaraq təsdiqlənib və bildirilib ki, o, yenidən araşdırmaya çağırılıb.

Noyabrın 22-də A.Qasımlı ölkədən buraxılmayıb. Üç gün sonra o, Bakı polisində bir neçə cinayət işi üzrə şahid qismində dindirilib.

Paylaş: