Bakıda vəzifəli şəxs evin qarajında özünü asdı – SENSASİON SƏBƏB / RƏSMİ AÇIQLAMA

***13:32

Heydər Əliyev Beynəlxalq Hava Limanında fəaliyyət göstərən “Baku Cargo Terminal” MMC-nin kommersiya yükdaşıması şöbəsinin rəisi Elxan Əzimovun intihar xəbəri təsdiqlənib.

Globalinfo.az-ın əldə etdiyi məlumata görə, onun son vaxtlar psixoloji gərginlik içində olduğu, işlədiyi qurumda aparılan yoxlamalar səbəbindən intihar etdiyi bildirilir.

Elxan Əzimovun həmçinin biznes şəbəkəsinin mövcud olduğu deyilir.

Sözügedən şəxsin AZAL-dakı yoxlamalar səbəbindən intihar etdiyi iddia olunsa da, AZAL prezidentinin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Paşa Kəsəmənski “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirib ki, vəfat edən şəxs AZAL-ın əməkdaşı deyil.