AZAL-ın kollektivi Heydər Əliyevin əziz xatirəsini yad etdi – FOTOLAR

Bu gün Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasından 101 il ötür.

Globalinfo.az xəbər verir ki, “Azərbaycan Hava Yolları” QSC-nin rəhbərliyi və kollektivi dünyaşöhrətli dövlət xadimi, müstəqil Azərbaycan dövlətinin memarı Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar olaraq Fəxri xiyabanı ziyarət ediblər.

Ziyarətçilər ulu öndərin məzarı üzərinə əklil və gül dəstələri qoyaraq dahi şəxsiyyətin əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla yad edilib, məzarı üzərinə güllər düzülüb.