1779477219 706078220 18586066549024649 429660760198375631 n 7 scaled

“Hazırda AZAL-ın donanmasında 26 təyyarə mövcuddur və yeni strategiyamıza əsasən, 2032-ci ilədək təyyarə sayını 50-nin üzərinə çıxarmağı planlayırıq. Bu istiqamətdə davamlı danışıqlar aparılır, müqavilələr üzərində çalışırıq”.

Globalinfo.az xəbər verir ki, bunu AZAL-ın sədri Samir Rzayev AZTV-yə müsahibəsində deyib.

Qeyd edib ki, indiyədək donanmaya 6 yeni “Airbus A320neo” təyyarəsi daxil edilib:

“10 gün əvvəl parkımıza 6-cı A320neo təyyarəsini əlavə etdik. Bu ilin sonuna qədər daha 7 təyyarənin daxil olması planlaşdırılır. Bunlardan 6-sı Airbus A320neo, 1-i isə Boeing 787-9 təyyarəsidir”, – o bildirib.

AZAL sədrinin sözlərinə görə, şirkət beynəlxalq əməkdaşlıqları da genişləndirir. O bildirib ki, 2025-ci ildə “Uzbekistan Airways”, “Gulf Air” və “Air Serbia” ilə kod-şerinq müqavilələri imzalanıb. Hazırda AZAL-ın 12 kod-şerinq və 40-dan çox “interline” müqaviləsi mövcuddur.

Samir Rzayev əlavə edib ki, yüksək sərnişin tələbatını qarşılamaq üçün şirkət hazırda 4 icarə təyyarəsindən istifadə edir.

“Yeni təyyarələr parkımıza daxil olduqdan sonra, təxminən bu ilin noyabr ayına qədər həmin təyyarələrin geri qaytarılması nəzərdə tutulub”, – deyə qeyd edib.

Paylaş: