Azad edilmiş ərazilərdə minaya düşmüş daha bir ayı – VİDEO

Azad edilmiş ərazilərdə daha bir ayı minaya düşüb.

Globalinfo.az xəbər verir ki, heyvan mina partlayışı nəticəsində ciddi xəsarət alıb. Bu, videoda aydın görünür.

Yayılan video Ermənistanın təbiətə, heyvanlara qarşı qəddarlığının daha bir göstəricisidir.

Xatırladaq ki, bir neçə gün öncə “Bioloji Müxtəliflik Mərkəzi” İctimai Birliyi azad edilmiş ərazilərdə minaya düşən heyvanlarla əlaqədar heyvanların müdafiəsi üzrə beynəlxalq təşkilatlara müraciət etmişdi.