Azad edilən ərazilərdə seçki məntəqələri yaradıldı

“İşğaldan azad edilən ərazilərdə seçki məntəqlərinin yaradılması prosesi başa çatıb”.

Globalinfo.az bildirir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun bu gün keçirilən iclasında deyib.

Onun sözlərinə görə, azad edilən ərazilərdəki məntəqələrin fəaliyyəti üçün lazımı şərait yaradılacaq.

Qeyd edək ki, 2024-cü il fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək.