Azərbaycanlılar Fransa Senatının qarşısında aksiya keçirəcəklər – FOTO

Noyabrın 15-də Fransa Senatında Azərbaycan əleyhinə qətnamə müzakirə olunacağı gün azərbaycanlılar aksiya keçirəcək.

Globalinfo.az bildirir ki, aksiya Fransa Senatının qarşısında keçiriləcək.

Xatırladaq ki, 3 oktyabr 2022-ci il tarixində Fransa Senatına ölkəmizə qarşı qətnamə layihəsi təqdim edilib. Senatın 6 üzvünün hazırladığı və baxılması 15 noyabr tarixinə təyin edilən qətnamə layihəsində Fransa hakimiyyətinin və digər Avropa İttifaqı ölkələrinin “Azərbaycandan idxal edilən qaz və neftə embarqo tətbiq etmək” çağırışı yer alıb, ölkəmiz Beynəlxalq Cinayət Məhkəməsi ilə təhdid edilib.

Azərbaycanlılar noyabrın 15-də Fransa Senatının qarşısında aksiya keçirəcəklər