Azərbaycanın Ermənistana qarşı beynəlxalq səviyyədə həyata keçirdiyi işlər açıqlandı

“Ermənistana qarşı beynəlxalq səviyyədə müvafiq hüquqi addımların atılmasına başlanılıb”.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, bunu Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbirdə çıxışı zamanı deyib.

O xatırladıb ki, 2021-ci ilin yanvarında Avropa Məhkəməsində Ermənistana qarşı Azərbaycan tərəfindən ilk iddia qaldırılıb: “Həmin iddia Birinci Qarabağ müharibəsi, işğal dövründə olan hüquqi pozuntular, təxribatlar və İkinci Qarabağ müharibəsi dövründəki təxribatları əhatə edir. Daha sonra minalarla bağlı da şikayət vermişik”.