e232d5cf 688c 39e1 ae8c 43301f3bc660 850

Azərbaycanda itkin düşən qadının meyiti tapılıb.

“Report”un məlumatına görə, Abşeron rayonunda aşkarlanan meyitə baxış keçirilən zaman Ağsu sakini Aybəniz Abdullayevanın atası Nazim Əliyev tərəfindən qətlə yetirildiyi məlum olub.

Daha sonra ata hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Məlumata görə, N.Əliyev qızının ardınca rayondan Abşerona gəlib və bu gün səhər saatlarında A.Abdullayevanı yaşadığı evdə öldürüb.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Qeyd edək ki, 1989-cu il təvəllüdlü A.Abdullayeva sentyabrın 2-də yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.

Paylaş: