Azərbaycan Niderlanda yeni səfir təyin etdi

Fikrət Fərman oğlu Axundov Azərbaycan Respublikasının Niderland Krallığında fövqəladə və səlahiyyətli səfiri, eyni zamanda Azərbaycan Respublikasının Kimyəvi Silahların Qadağan Olunması üzrə Təşkilatda daimi nümayəndəsi vəzifələrindən geri çağırılıb.

Globalinfo.az bildirir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Prezidentin digər sərəncamı ilə Rəhman Sahib oğlu Mustafayev Azərbaycan Respublikasının Niderland Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilsin.