Azərbaycan-Gürcüstan-Türkiyə hərbi əməkdaşlıq formatı inkişaf etdirilir

 

Azərbaycan, Gürcüstan və Türkiyə arasında üçtərəfli hərbi əməkdaşlıq formatı inkişaf etdiriləcək.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, məsələ Tbilisidə səfərdə olan Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun gürcüstanlı həmkarı Cuanşer Burçuladze ilə görüşü zamanı müzakirə edilib.

Gürcüstan Müdafiə Nazirliyinin (MN) məlumatına görə, söhbət zamanı tərəflər Gürcüstan və Azərbaycan arasında strateji əlaqələrin dərinləşdirilməsinin, eləcə də Azərbaycan-Türkiyə-Gürcüstan əməkdaşlıq formatının daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıblar.

Zakir Həsənovun səfər çərçivəsində Azərbaycan nümayəndə ilə birlikdə Gürcüstanın David Aqmaşenebeli adına Milli Müdafiə Akademiyasını da ziyarət edəcəyi bildirilib.