Azərbaycan buğda idxalını azaldıb

Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycana 193 478,03 ABŞ dolları dəyərində 539 331,99 ton buğda idxal edilib.

Globalinfo.az bildirir ki, “APA-Economics”in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə ölkəyə idxal edilən buğdanın dəyəri 58,2% artıb, həcmi isə 12,1% azalıb.

Qeyd edək ki, bu ilin ilk səkkiz ayları ərzində buğda idxalı Azərbaycanın ümumi idxalının 2,18%-nə bərabər olub.