Gürcüstan KİV-in məlumatına görə, Aysun Quliyeva öldüyü mənzildə tələbə dostu ilə birlikdə yaşayırmış. Qeyd edilir ki, o, uzun müddətdir, Tbilisidə həm təhsil alır, həm işləyirmiş.
Polis araşdırma üçün mənzildəki elektron cihazları götürüb.
***
Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, hadisə ilə bağlı Cinayət Məcəlləsinin intihar həddinə çatdırma maddəsi (115-ci) ilə araşdırma başlanıb.
“Qapı bağlı idi, polis bizi çağırdı. Hamamdan musiqi səsi eşidilirdi. Polis içəri girəndə qız artıq ölmüşdü. Deyirlər ki, o intihar edib, lakin biz buna inanmırıq. Meyitin yarılıb ekspertiza keçirilməsini tələb edirik”, – Aysunun ailə üzvləri Gürcüstan mediasını açıqlamasını deyiblər.
***10:13
Gürcüstanın paytaxtı Tbilisidə azərbaycanlı qızın meyiti tapılıb.
Globalinfo.az xəbər verir ki, yerli media Marneuli rayon sakini 24 yaşlı Aysun Quliyevanın meyitinin kirayə yaşadığı evdə aşkar edildiyini yazıb.
İlkin versiyaya görə, o, həyatına qəsd edib.
Gürcüstan mediası yazır ki, Aysun aprelin 18-i ailə üzvləri ilə birgə Tbilisidə olub. Daha sonra ailəsi Marneuliyə qayıdıb. Aysunun rəfiqəsi onunla əlaqə yaratmağa çalışsa da, bu mümkün olmayıb. Evə gələn təhlükəsizlik orqanları qapı açıldıqdan sonra Aysun Quliyevanın meyitini aşkar ediblər.
Hadisə ilə bağlı araşdırma başladılıb.
Əliyar Xəlil
Globalinfo.az