Aynur Camalın özəl günü 

img 20250207 wa0047 1

Bu gün “Teleqraf” Media Qrupunun Baş direktoru Aynur Camal üçün xüsusi gündür. Aynur xanımın doğum günü, yubiley yaşıdır.

Aynur Camal Azərbaycan mətbuatının qiymətli imzalarındandır. Bu imza uzun illərdir Azərbaycan ictimai şüurunun formalaşmasına ciddi dəstək verir. Onun köşə yazıları, publisistik məqalələri, politoloji təhlilləri öz dəsti-xətti ilə hər zaman seçilib, sevilib.

Azərbaycan mediasında imzasını sevdirən, seçdirən, düşüncələrə həkk edən azsaylı qadın jurnalistlərdəndir Aynur xanım.

Uzun illər müxtəlif mətbu orqanlarda çalışıb. Dövrün ən tirajlı, nüfuzlu qəzetlərində ölkənin sayılıb-seçilən stajlı imzaları ilə yanaşı yazıb. Hər zaman ortaya fərqli yanaşma qoya bilib.

Aynur Camal millət vəkili kimi də fəaliyyət göstərib. 2005-2010-cu illərdə III Çağırış Milli Məclis deputatı olub. Bu sahədə də müsbət planda fərqlənib, seçilib.

A.Camal 1 mart 2012-ci ildə “Teleqraf” Media Qrupunu təsis edib. Onu böyük bir fikir, düşüncə mərkəzinə çevirib. Bir-birindən məşhur, oxunan, sevilən imzalar A.Camalın rəhbərlik etdiyi saytlarda uzun illər çalışıblar. Hazırda əksər media orqanında bir neçə “Teleqraf”çı, “Publika”çı, “Axar”çı çalışır.

Bu gün Aynur Camal üçün həm də bir başqa məsələyə görə xüsusi anlam daşıyır. 7 fevral 2025-ci il tarixində “Teleqraf” İnformasiya Agentliyi fəaliyyətə başlayıb. Bu, A.Camalın karyerasında növbəti mərhələdir. İnanırıq, uğurlu və uzunömürlü olacaq.

Globalinfo.az kollektivi olaraq əziz həmkarımızı ad günü, yubiley yaşı, həmçinin yeni layihəsi münasibətilə ürəkdən təbrik edirik. Ona sağlamlıq, xoşbəxtlik, bol ruzi və bərəkətli ömür arzulayırıq.

Globalinfo.az