AYNA-nın nizamnamə fondu artırıldı – Fərman

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) nizamnamə fondunun məbləği artırılıb.

Globalinfo.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq fərman imzalayıb.

Fərmana əsasən Agentliyin nizamnamə fondu 5 642 390 manatdan 245 157 852 manat 36 qəpiyə çatdırılıb.