Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Baxçalı aylar sonra kameralar qarşısına çıxacaq.
Globalinfo.az xəbər verir ki, o, bu gün Milliyyətçi Şəhidləri Anma Günü proqramına qatılacaq.
Baxçalının burada çıxış etməsi gözlənilir.
Tədbirin günorta saatlarında başlanacağı bildirilir.
Qeyd edək ki, fevral ayında ürək qapağı əməliyyatı keçirən və hazırda istirahət edən Dövlət Baxçalı o vaxtdan bəri nə kameralar qarşısına keçib, nə də partiya tədbirlərində iştirak edib.
Əliyar Xəlil
Globalinfo.az