Aygün Attar: “İran Qarabağın işğalına rəğmən, Ermənistana dəstək olub”

“İran Qarabağın işğalına rəğmən, Ermənistana dəstək olub”.

Globalinfo.az bildirir ki, bunu Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Vəqfinin və Azərbaycan Evinin rəhbəri Aygün Attar tviterdə yazıb.

O xatırladıb ki, SSRİ dağılandan sonra İran Mərkəzi Asiya və Cənubi Qafqazı 1991-ci il dekabrın 25-də tanıyıb:

“İran Türkiyənin regiondakı təsirini azaltmaq üçün Rusiya ilə ümumi mövqədən çıxış edib, hər fürsətdə onu dəstəkləyib”.