Ayfon-15-in satış tarixi açıqlandı

Əpl şirkətinin yeni seriyası olan Ayfon-15 smartfonu sentyabrın 13-də təqdim ediləcək.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə “9to5mac”portal məlumat yayıb.

Məlumata görə, ABŞ telekommunikasiya operatorları öz işçilərindən sentyabrın 13-də yeni bir smartfonun elanı ilə əlaqədar məzuniyyətə çıxmamağı xahiş ediblər.

Əgər Əpl yeni Ayfonları sentyabrın 13-də təqdim edərsə, smartfonlar üçün ilkin sifarişlər sentyabrın 15-i, rəsmi satışlar isə bir həftə sonra, sentyabrın 22-də başlayacaq.