AYB sədri Məmməd İsmayılın səhhətindən danışdı

“Məmməd İsmayılla təxmini bir həftə öncə danışmışam, hər şey qaydasında idi”.

Bu sözləri Globalinfo.az-a Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri Anar Rzayev deyib.

O, şair, publisist M.İsmayıla dəstək göstərməyə hazır olduğunu bildirib:

“Bir həftə əvvəl danışanda vəziyyəti normal idi, düzü, ondan sonra danışmamışam. Mütləq təkrar əlaqə quracağam. Lazım gələrsə, Məmməd İsmayıla dəstək olmağa hazıram”.

Qeyd edək ki, ötən həftə tanınmış şair, publisist Məmməd İsmayılın səhhətində problem yaranıb.

Zaira Akifqızı
Globalinfo.az