AYB-nin şairdən tələbi bilindi: 5 min manat və…

anar ilham

***12:38

“Şair İlham Qəhrəman Azərbaycan Yazıçılar Birliyi (AYB) tərəfindən məhkəməyə verilib və təzminat tələb olunur”.

Bu sözləri Globalinfo.az-a AYB-nin mətbuat katibi Xəyal Rza deyib.

O bildirib ki, məsələ ilə bağlı Sabunçu rayon Məhkəməsinə müraciət olunub:

“AYB İlham Qəhrəmandan 5 min manat təzminat tələb edir. Həmin vəsait isə YAŞAT Fonduna köçürüləcək. Bundan başqa isə hansı saytlar onun şər-böhtanını dərc edibsə, o saytlarda da müəllifin üzr istəməsinin yayılması tələb olunacaq”.

Qeyd edək ki, bir müddət öncə İlham Qəhrəman AYB və sözügedən qurumun sədri Anara qarşı ağır ittihamlar dolu bir yazı yazmışdı.

Zaira Akifqızı
Globalinfo.az