Beynəlxalq axtarışda olan daha bir şəxsin ölkəmizə ekstradisiyası təmin edilib.
Baş prokurorluğun Mətbuat xidmətindən Globalinfo.az-a verilən məlumata görə, Baş prokurorluğun vəsatəti əsasında Ukrayna Baş Prokurorunun Ofisi tərəfindən “Ekstradisiya haqqında” 13.12.1957-ci il tarixli Avropa Konvensiyasının tələblərinə uyğun olaraq Azərbaycan Respublikası vətəndaşı Fuad Kərimovun ekstradisiyası haqqında qərar qəbul olunub.
Fuad Kərimov Ukraynanın ərazisində saxlanılaraq oktyabrın 19-da Ədliyyə Nazirliyi Penitensiar Xidmətin xüsusi konvoyunun müşayiətilə ölkəmizə gətirilib.