Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Ali Məclisinin sədri Nurəddin Məmmədli partiyadan istefa verib.
Globalinfo.az xəbər verir ki, bu barədə partiyanın sədri Əli Kərimli öz sosial şəbəkə hesabında məlumat verib. Ə.Kərimli istefanın səbəbi kimi N.Məmmədlinin yaşlanmasını və səhhətindəki problemi göstərib.
AXCP sədri bildirib ki, N.Məmmədli istefa verdiyi üçün iclasda tort kəsiblər. O, dünən vəzifəsindən ayrılıb.
Əli Kərimli və Nurəddin Məmmədli
Globalinfo.az xatırladır ki, son 1 ay ərzində AXCP-də ikinci istefa baş verir. Bundan öncə Rəyasət Heyətinin üzvü Asif Yusifli təşkilatdan ayrılmışdı. O, istefasını xroniki boykotla əlaqələndirmişdi. Saytımıza daxil olan məlumata görə AXCP-də istefalar davam edəcək. Növbəti günlərdə təşkilatdan bir neçə tanınmış şəxsin də ayrılacağı deyilir.
Qeyd edək ki, Nurəddin Məmmədli AXCP-ə 2003-cü ilin sonlarında gəlib. Buna kimi o, ADP-də sədr müavini olub.
Müşfiq Tofiqoğlu
Globalinfo.az