
Sabirabad rayonunda avtomobil sahibi tərəfindən yandırılıb.
Globalinfo.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən gün baş verib. Rayon sakini olan şəxs özünə məxsus olan “Mercedes” markalı avtomobilini yolun hərəkət hissəsində saxlayıb. O, daha sonra avtomobilinin üzərinə yandırıcı maddə tökərək od vurub.
Qısa vaxtda alovlanan avtomobil tamamilə yanaraq məhv olub.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis kapitanı Nizam Həmidov Globalinfo.az-a bildirib ki, şəxsin avtomobilini yandırmasına səbəb digər taksi sürücülərinin onun fəaliyyətinə maneçilik törətməsidir.
Faktla bağlı Sabirabad RPŞ-də araşdırmalar aparılır.
Hadisənin görüntülərini təqdim edirik:
Zaira Akifqızı
Globalinfo.az