Texasda 7 nəfər öldürülüb

ABŞ-nin Texas ştatının Braunsvil şəhərində avtomobilin izdihamın üzərinə sürülməsi nəticəsində 7 nəfər ölüb.

Globalinfo.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə mayın 7-də yerli evsizlər mərkəzində baş verib.

Şəhər polisinin məlumatına görə, toqquşma nəticəsində daha 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Avtomobilin sürücüsü saxlanılıb, o, hazırda xəstəxanada mühafizəçilərin nəzarəti altındadır.

Qəzanın səbəbi hələlik məlum deyil. İnsident zamanı sürücünün narkotikin təsiri altında olması ehtimalı var.