hibrid avtomobil

“Vergi Məcəlləsinə” edilən son dəyişikliklərə görə, istehsal tarixi 3 ildən və mühərrikinin həcmi 2500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin idxalı və satışı daha 3 il, yəni 2026-cı il yanvarın 1-dək ƏDV-dən azad edilib”.

Globalinfo.az xəbər verir ki, bu sözləri iqtisadçı ekspert, millət vəkili Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, bu o deməkdir ki, 2020-ci ildən başlayaraq istehsal edilən və mühərrikinin həcmi 2500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərinə görə ƏDV ödənilməyəcək:

“Bu güzəştlərdə məqsəd hibrid avtomobillərin idxalını təşviq etmək və onların daha çox satışını reallaşdırmaqdır. Bu, yaşıl enerji prinsipinə uyğun olaraq avtomobil parkında dəyişikliyə səbəb olmağı hədəfləyir.

Güzəştlərin tətbiq olunmasına rəğmən, ölkəyə hələ də istehsal ili köhnə olan hibrid avtomobillərin idxal edilməsi həm avtomobil parkının köhnəlməsinə, həm də qəzaların artmasına səbəb olub. Bununla yanaşı, son dəyişiklik dünya bazarında müşahidə edilən qiymət artımları fonunda istehsal ili nisbətən yeni olan hibrid avtomobillərin xərcinin azaldılması baxımdan vacib idi”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: