1fOmfsfoOfZf29coGQSyEz0SduwTYMs54Sd8pmiF 1200 8

2026-cı ilin yanvar-aprel aylarında Azərbaycana avtomobil idxalı ötən ilin eyni dövrü ilə müqayisədə əhəmiyyətli dərəcədə azalıb. Rəsmi məlumata görə, ilk dörd ayda ölkəyə 21120 ədəd avtomobil gətirilib.

Globalinfo.az xəbər verir ki, nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərovun sözlərinə görə, azalmanın əsas səbəbləri hibrid və “plug-in” hibrid avtomobillər üçün tətbiq olunan gömrük və vergi güzəştlərinin dayandırılması, yaşı 10 ildən çox olan avtomobillərin idxalına qoyulan qadağa, eləcə də köhnə benzin və dizel mühərrikli nəqliyyat vasitələri üçün aksiz vergisinin artırılmasıdır.

Bundan əlavə, ötən ilin sonlarında ölkəyə çox sayda avtomobil gətirilməsi nəticəsində bazarda təklif tələbi üstələyib. Sahibkarlar da son aylarda həm satışlarda, həm də sifarişlərdə azalma müşahidə olunduğunu bildirirlər.

Daha ətraflı Baku TV-nin süjetində:

Paylaş: