
Bakıda sərnişinlə avtobus sürücüsü arasında baş verən insidentlə bağlı polis araşdırma aparır.
Globalinfo.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib ki, insident Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsində araşdırılır.
Zərərçəkmiş şəxsin izahatı alınıb. Əməli törədən şəxsin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir.
*** 20:35
Bakıda sərinişinlə avtobus sürücüsü arasında insident yaşanıb.
Globalinfo.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, hadisə Nizami rayonu ərazisində qeydə alınıb.
“Azland Plaza” şirkətinin rəhbəri Tağıyev Ramiz saytımıza bildirib ki, 49 nömrəli müntəzəm marşrut xətti ilə hərəkət edən avtobusun sürücüsü Qafarov Kamran Azər oğlu sərnişin tərəfindən döyülüb.
İddiaya görə, insident sürücünün sərnişindən ödəniş etməsi tələbindən sonra baş verib.
Faktla bağlı polisə məlumat verilib.