Avstriya-Azərbaycan matçı: 5 qol vuruldu

Avstriya və Azərbaycan milliləri arasında AVRO-2024-ün seçmə mərhələsinin I tur oyununda növbəti qol vurulub.

Meydan sahibləri 4-cü dəfə fərqləniblər.

69-cu dəqiqədə Kristof Baumqartner adını tabloya yazdırıb.

Avstriya yığması 4:1 hesabı ilə qələbə qazanıb.

***

Linz şəhərində Avstriya və Azərbaycan milliləri arasında AVRO-2024-ün seçmə mərhələsinin I tur oyununda növbəti qol vurulub. 

Azərbaycan yığması hesab arasındakı fərqi azaldıb.

64-cü dəqiqədə Emin Mahmudov topu rəqib qapısından keçirib.

Avstriya seçməsi hazırda 3:1 hesabı ilə öndədir.

***

Linz şəhərində Avstriya və Azərbaycan milliləri arasında AVRO-2024-ün seçmə mərhələsinin I tur oyununda növbəti qol vurulub. 

Meydan sahibləri üçüncü dəfə fərqlənməyə müvəffəq olublar.

50-ci dəqiqədə kapitan Marsel Sabitzer özünün ikinci, komandasının üçüncü qoluna imza atıb.

Avstriya seçməsi hazırda 3:0 hesabı ilə öndədir.

***

Linz şəhərində Avstriya və Azərbaycan milliləri arasında AVRO-2024-ün seçmə mərhələsinin I tur oyununda ikinci hissə başlayıb.

***

İlk hissədən sonra hesab 2-0 Avstriya yığmasının xeyrinədir.

***

Linz şəhərində Avstriya və Azərbaycan milliləri arasında AVRO-2024-ün seçmə mərhələsinin I tur oyunu başlayıb. 

Qarşılaşma Bakı vaxtı ilə saat 23:45-də start götürüb.

Matçı polşalı Bartoş Frankovskinin rəhbərlik etdiyi hakimlər briqadası idarə edir.

***

Avro-2024-ün seçmə mərhələsinin I turunda üz-üzə gələcək Avstriya və Azərbaycan millilərinin start heyətləri bəlli olub.

Globalinfo.az xəbər verir ki, komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaqlar:

Avstriya: 1. Haynts Lindner (GK) 2. Maksimilian Vöber, 3. Kevin Danso, 6. Nikolas Seyvald, 9. Marsel Sabitzer (k), 11. Mixael Qreqoritş, 16. Filipp Muene, 19. Kristof Baumqartner, 20. Konrad Laymer, 21. Patrik Vimmer, 23. Qernot Trauner

Baş məşqçi: Ralf Ranqnik

Azərbaycan: 12. Yusif İmanov (GK) 3. Elvin Cəfərquliyev. 4. Bəhlul Mustafazadə. 6. Höccət Haqverdi. 8. Emin Mahmudov (k), 9. Renat Dadaşov, 11. Ramil Şeydayev 14. Eddi İsrafilov, 15. Bəxtiyar Həsənalızadə, 20. Riçard Almeyda, 21. Ozan Can Kökçü

Baş məşqçi: Canni De Byazi

Qeyd edək ki, bu gün Linz şəhərindəki “Raiffeisen Arena”da oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.