tural turan

Xəbər verdiyimiz kimi, “Avroviziya-2023”​ Beynəlxalq Mahnı Müsabiqəsində Azərbaycanı TuralTuranX dueti təmsil edəcək.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, əkiz qardaşlar 2000-ci ildə Zaqatala şəhərində anadan olublar.

“Musiqi məktəbində təhsil almamışıq. Fortepiano ilə ilk tanışlığımız orta məktəbdə olub. Dərslərdən yayınaraq gizlində mahnılar öyrənməklə məşğul olurduq. İnstrumental savadımızı məktəbdəki o pianoya borcluyuq. Atamız da gördü ki, əl çəkmirik, bizə “ikinci əl” sintezator aldı. Sonralar gitarada da ifa etməyi öyrəndik”, – qardaşlardan biri danışır.

Onların sözlərinə görə, yazdıqları mahnını müsabiqənin seçim turunun bitməsinə 3-4 gün qalmış göndəriblər, cavab alacaqlarını düşünmürdülər.

328306530 1329181137656053 8477808916345740924 n
328331691 3482432752045631 7003822787173594394 n
328848602 6115297471882028 2179349728761618628 n
279322642 4922514624510536 5977269117567917948 n

Paylaş: