israil

“Avroviziya” mahnı müsabiqəsi ilə bağlı yeni iddia səs-küy yaradıb.

Globalinfo.az xəbər verir ki, bu barədə ABŞ mətbuatında məlumatlar yer alıb.

İddialara görə, İsrail təbliğat kampaniyalarına milyonlarla dollar xərcləyib və müxtəlif ölkələrdəki vətəndaşların səs vermək üçün pul ödəyib.

“New York Times” qəzetinin maliyyə qeydləri və rəqəmsal kampaniyalarla bağlı apardığı araşdırmaya əsasən, Təl-Əviv ümumilikdə 1 milyon dollardan çox vəsait ayırıb.

Hesabatda həmçinin İsrailin Baş naziri Benyamin Netanyahunun bu prosesi birbaşa dəstəklədiyi bildirilir.

“New York Post” qəzeti də İsrailin xüsusən onlayn reklam, diaspor təşkilatları və siyasi kampaniyalar vasitəsilə üstünlüyü ilə bağlı mübahisələri vurğulayıb.

Bildirilib ki, istifadəçilər müxtəlif platformalarda dəfələrlə səs verməyə təşviq ediliblər.

Digər tərəfdən, Avropa Yayım Birliyinin əsas sponsorlarından birinin İsraildə yerləşən bir şirkət olması mübahisəni daha da alovlandırıb.

Qeyd edək ki, bu il Bolqarıstan təmsilçisi Dara “Bangaranga” mahnısı ilə 516 xalla birinci yeri, İsrail 343 xalla ikinci , Rumıniya isə 296 xalla üçüncü yeri tutub.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: