Avropaya sui-qəsd hazırlanır: Köhnə qitəni buna görə dağıdırlar

avropa xerite 1

Britaniya ABŞ-ın Ukrayna ilə bağlı qeyri-müəyyən mövqeyi fonunda Rusiyaya qarşı kəskin mövqeyini açıqlayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə məlumatı “Telegraph” qəzeti yayıb. Məlumata görə, Britaniya xarici işlər və müdafiə nazirləri Devid Lemmi və Con Hili Rusiyaya təzyiq gücləndirməyə çağırış ediblər. Onlar Ukraynanın dəstəklənməsində Avropa Birliyi ilə sıx əməkdaşlıq edəcəklərini bildiriblər:

“Münhen Təhlükəsizlik Konfransında biz müttəfiqlərimizə birləşib, güc nümayiş etdirməyi təklif edəcəyik. Bizim hamımıza Rusiyaya qarşı təzyiqlərin gücləndirilməsi çox vacibdir”.

Maraqlıdır ki, nazirlərin çıxışı ABŞ vitse-prezidenti Ceyms D.Vensin dünən Münhen Təhülkəsizlik Konfransındakı nitqindən sonraya təsadüf edib. Bu çıxışı zamanı Vens Avropaya təhdidin Rusiya və Çin yerinə özü olduğunu deyib. Üstəlik, çıxışı zamanı o, Ukrayna müharibəsi ilə hər hansı fikir də səsləndirməyib. Bu isə avropalılarda narazılığı artırıb.

Britaniyalı nazirlər müraciətlərində həmçinin Rusiya Prezidenti Vladimir Putinin yalnız gücdən anladığını bildiriblər:

“Rusiya və Ukrayna güclü sülh imzalamalıdırlar, elə olmalıdır ki, ukraynalıların təhlükəsiz gələcəyi və Rusiya aqressiyasını gələcəkdə qarşısını almağı təmin etsin”.

Onlar həmçinin Avropanı qitədə təhlükəsizliyi iki dəfə artırmağı, ABŞ-ı isə NATO-dakı müttəfiqləri qarşısında uzunmüddətli öhdəliklərini qorumağa çağırıblar.

Həm ABŞ, həm də Avropadan gələn açıqlamalar fonunda Ukrayna Prezidenti Volodimir Zelenski də danışıb. O, Ukraynanın ABŞ-ın hərbi dəstəyi olmadan yaşamasının çox çətin olacağını bildirib. Zelenski Ukraynanın ABŞ-sız qalacağı ssenarini təsəvvür belə etmək istəmədiyini bildirib:

“Yəqin ki, çox çətin olacaq. Əlbəttə, bütün çətin situasiyalarda sizin şansınız var. Lakin bizim ABŞ-sız sağ qalmaq şansımız çox az olacaq. Məncə bu çox vacibdir”.

V.Zelenski deyib ki, Putin müharibəni bitirməyə hazırlaşmır, əksinə qüvvələrini yenidən cəmləmək üçün fasilə elan edir. Amma təkcə Zelenski yox amerikalıların son 3 gündə etdikləri çıxışlar və atdığı addımlar bütün avropalılarda təəccüb yaradıb. Xüsusilə Ceyms D. Vensin çıxışına ən sərt reaksiyanı Almaniya müdafiə naziri Boris Pistorius verib. O, Vensin sözlərinin qəbuledilməz olduğunu açıqlayıb və bununla da Tramp administrasiyası ilə Avropanın fikir ayrılığını açıq şəkildə ifadə edib.

zelenski 9

Volodimir Zelenski

Tramp administrasiyasından gələn mesajlar xüsusilə də Almaniyada narahatlığı artırır. Almaniya mətbuatı ABŞ-ın verdiyi açıqlamalara sərt reaksiya verib. “Bild” qəzetinə danışan amerikalı ekspert Cozef Braml isə Tramp administrasiyasının xüsusilə Almaniya üçün təhdid olduğunu açıqlayıb:

“Trampın köməkçiləri Mask və Vens antiavropa Almaniya üçün Alternativ Partiyasına dəstək verməklə Avropanı parçalamağa cəhd edirlər ki, ayrı-ayrı hissələrə daha yaxşı nəzarət edə bilsinlər”.

Amma Avropada narazılıqla yanaşı Trampın açıqlamalarından məmnun olanlar da var. Macarıstan baş naziri Viktor Orban son baş verənləri “Tramp tornadosu” adlandırıb:

“ABŞ dəyişikliklərə təşəbbüs göstərir, hansı ki, Qərbin bütün arqumentlər sistemi, dəyərlər sistemi, düşüncə forması üçün yeni yol müəyyən edir. Bu proses çoxlarının düşündüyündən sürətli gedir. Biz onu “Tramp tornadosu” adlandırırıq”.

O, almanlar və fransızlarının nəsə bir şey düşünməyəcəyi, enerji daşıyıcılarının qiymətini azaltmayacağı halda Avropa Birliyinin dağılacağını bildirib.

Əliyar Xəlil
Globalinfo.az