660edba9ea79a660edba9ea79b1712249769660edba9ea797660edba9ea799

Tbilisidə xarici agentlər haqqında qanuna qarşı etiraz aksiyaları davam edir.

Globalinfo.az xəbər verir ki, etirazçılar əllərində Gürcüstan və Avropa İttifaqının bayraqlarını, plakatlar tutaraq hökumətin bu siyasətini tənqid edən şüarlar səsləndirirlər.

Mitinq iştirakçıları bu qanunun Rusiyaya aid olduğunu və Gürcüstan vətəndaşlarının maraqlarını ifadə etmədiyini bildirirlər.

“Avropaya hə, Rusiya qanunlarına yox!” şüarı aksiya iştirakçılarının əsas devizidir.

Bu arada deputatlar “Xarici agentlər haqqında” qanuna ikinci oxunuşda baxıblar. Lakin proses mayın 2-də davam edəcək.

Parlamentin yaxınlığında toplaşan fəallardan bəziləri binanın yan çıxışlarına yaxınlaşaraq etiraz ediblər.

Qeyd edək ki, etirazçılar polisin parlament binasının qarşısından geri çəkilmək tələbinə məhəl qoymayıb. Bu səbəbdən də əraziyə cəlb olunan xüsusi təyinatlılar etirazçılara qarşı bibər qazından istifadə etməli olub.

Etirazçılar isə təhlükəsizlik qüvvələrinə müxtəlif əşyalar, o cümlədən plastik butulkalar atıblar.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: