ABŞ Prezidenti Donald Trampın NATO-dan çıxmaq haqda açıqlamalarından sonra Avropada hazırlıqlar başlayıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “Val Strit Jurnal” (VSJ) məlumat yayıb.
“Avropa liderləri təcili plan hazırlayıblar. Almaniya kansleri Fridrix Merz Donald Trampın müttəfiqlik əlaqələrinə sadiq qalmayacağı və Ukraynadan imtina etməyə hazır olduğu qənaətinə gəlib. Berlin indi Avropanın öz ordusu və müdafiə sistemlərini qurması üçün hərəkətverici qüvvəyə çevrilib.
Hazırlanmış ehtiyat planı Avropanın ən zəif nöqtələrinə – kəşfiyyat və nüvə qarşısının alınmasına yönəlib. Digər tərəfdən qeyd olunub ki, ABŞ peykləri və raket xəbərdarlıq sistemlərini qısa müddətdə dəyişdirmək çətindir. Sızdırılan məlumatlara görə, Fridix Merz və Fransa Prezidenti Emmanuel Makron Parisin nüvə çətirini Almaniyanı da əhatə edəcək şəkildə genişləndirmək üçün gizli danışıqlara başlayıblar”, – deyə nəşr yazıb.
Almaniyanın rəhbərlik etdiyi bu təşəbbüs Böyük Britaniya, Fransa, Polşa və Skandinaviya ölkələri tərəfindən tam dəstəklənir:
“Könüllülər koalisiya”sı ABŞ zabitlərinin geri çəkiləcəyi təqdirdə hava hücumundan müdafiə, logistika şəbəkələri və genişmiqyaslı hərbi təlimləri kimin idarə edəcəyi ilə bağlı praktiki sualları həll etməyə çalışır”.
Əliyar Xəlil
Globalinfo.az