stubb

Finlandiya Prezidenti Aleksandr Stubb qarşıdakı günlərin Ukraynadakı münaqişənin həlli üçün həlledici olacağını söyləyib.

Globalinfo.az xəbər verir ki,  Stubb Ukraynanın gələcəyinin özündən asılı olduğunu diqqətə çatdırıb.

“Qarşıdakı günlər Ukraynada ədalətli və davamlı sülhə nail olmaq səylərimizdə həlledici məqamlar olacaq”, – o, X-də yazıb.

Finlandiya prezidenti əlavə edib ki, NATO-nun baş katibi Mark Rutte və Volodimir Zelenski ilə telefon danışığı aparıb. Bildirib ki, Ukraynanın gələcəyi özündən, Avropa təhlükəsizliyi isə Qərbdən asılıdır.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: