2343f68d 5ff9 3cf1 9113 1f5d573b55e7 850

Avropanın xarici işlər nazirləri Berlində Suriya və Ukraynadakı hadisələri müzakirə edəcəklər.

Globalinfo.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

“Son bir neçə gündə Suriyada baş verən dramatik hadisələri nəzərə alsaq, oradakı cari hadisələrin və bunun regiona və Avropaya təsirinin müzakirə olunması təəccüblü görünməməlidir”, – deyə Almaniya Xarici İşlər Nazirliyinin sözçüsü vurğulayıb.

Qeyd edək ki, Almaniyanın xarici işlər naziri Annalena Baerbok Fransa, Polşa, İspaniya, İtaliya, İngiltərə və Ukraynadan olan həmkarlarını paytaxt Berlindəki bir villada qəbul edəcək.

Müşviq Tofiqoğlu
Globalinfo.az

Paylaş: