Avropada zəlzələdən sonra vulkan püskürdü: lava binalara çatdı, evlər yandı – VİDEO

İslandiyanın Qrindavik şəhərində bazar günü başlayan vulkan püskürməsi nəticəsində lava binalara çatıb, iki ev yanıb.

Globalinfo.az xəbər verir ki, bu barədə İslandiya Meteorologiya Xidmətinin zəlzələ üzrə mütəxəssisi Benedikt Halldoursson deyib.

O bildirib ki, qoruyucu maneələr lavanın böyük hissəsini saxlayır.

Qeyd olunur ki, Qrindavik yaxınlığında ikinci yarıq açılıb və oradan lava püskürür.

***

İslandiyanın Reykyanes yarımadasında zəlzələdən sonra vulkan püskürüb.

Globalinfo.az xəbər verir ki, Avropa ölkəsinin cənub-qərbində yerləşən bölgədə fövqəladə vəziyyət elan edilib.

Dörd min nəfər əhalisi olan şəhərdə təbii fəlakət bir çox binalara və yollara ziyan vurub.