Rusiya Avropada yeni savaşın anonsunu verdi – Qəribə varianta əl atılacaq

Rusiya Kiyevdən Dnestryanıya təşkil ediləcək istənilən hücuma cavab verməyə hazırdır.

Globalinfo.az xəbər verir ki, bu məlumatı Rusiya Müdafiə Nazirliyi yayıb.

Nazirlik Ukraynanın tezliklə Dnestryanına hücum üçün provokasiya təşkil edəcəyini bildirib:

“Kiyev rejimi Dnestryanıya qarşı silahlı provokasiya hazırlayır. Hücum üçün bəhanə kimi guya rus qoşunlarının Dnestryanı ərazisindən hücum etməsi səhnəsi təşkil edəcəklər. Bunun üçün saxta hücumda iştirak edəcək ukraynalı diversantlar Rusiya ordusunun hərbçilərinin formasını geyinəcəklər. Rusiya Müdafiə Nazirliyi Ukrayna-Dnestryanı sərhədindəki situasiyanı diqqətlə izləyir və istənilən dəyişikliyə reaksiya verməyə hazırdır”.

Qeyd edək ki, bundan öncə Moldova rəhbərliyi Rusiyadan təcili Dnestryanını tərk etməsini tələb edib.

İlkin Həsənov
Globalinfo.az