“Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı yeni sanksiyalar paketi güman ki, iyulun 1-də təsdiqlənəcək”.
Globalinfo.az xəbər verir ki, bunu “Politico” nəşri yazıb.
“Slovakiya yeni sanksiyalar paketini indiki formada qəbul etməyə razı deyil. Respublikanın hakimiyyət orqanları Brüsseldən bir sıra güzəştlər istəyir. Lakin böyük ehtimal, paket sabah təsdiqlənəcək”, – deyə bildirilib.
Xatırladaq ki, iyunun 26-da Aİ sammiti Rusiyaya qarşı 18-ci sanksiyalar paketini təsdiq edə bilməyib. Məlumata görə, Slovakiyanın baş naziri Robert Fitso bu təklifə veto qoyub. Nəticədə yekun qərar müvəqqəti olaraq təxirə salınıb.
Əliyar Xəlil
Globalinfo.az