fridrix merz

Almaniya Kansleri Fridrix Merz Macarıstanın Baş naziri Viktor Orbanı tənqid atəşinə tutub.

Globalinfo.az xəbər verir ki, bu barədə “Blumberq” agentliyi məlumat yayıb.

Bildirilib ki, hadisə oktyabrın 1-də Kopenhagendə Avropa İttifaqı (Aİ) liderlərinin sammitində Ukraynaya dəstək müzakirəsi zamanı baş verib.

“Merz Macarıstanın Kiyevin Avropa İttifaqına (Aİ) üzv olmasına və Rusiyaya qarşı sanksiyaların qarşısının alınmasına veto qoymasına etiraz edib”, – deyə bildirilib.

Agentlik həmçinin yazıb ki, Avropa Komissiyasının sədri Ursula fon der Leyenin “dron divarı” yaratmaq təklifi Kopenhagendəki görüşdə liderlər arasında böyük həyəcan yarada bilməyib.

Əliyar Xəlil
Globalinfo.az  

Paylaş: