Avropada minə yaxın soydaşımız mitinq keçirir – VİDEO

Avtriyanın paytaxtı Vyana şəhərində Avropada yaşayan minə yaxın soydaşımız Xocalı faciəsinə dair həqiqətlərin dünya ictimaiyyətinə çatdırmaq üçün mitinq keçirir.

Globalinfo.az xəbər verir ki, Xocalı qətliamının həqiqətlərinin dünyaya çatdırılması və ədalətin bərpa olunmasını tələb etmək üçün dünyanın 31 ölkəsi, 74 şəhərindən gələn soydaşlarımız Avstriya paytaxtında toplaşıblar.

Fransanın Paris, Strasburq, Lion, İsveç, Finlandiya, İsveçrə, Macarıstan və digər ölkələrin müxtəlif şəhərlərindən gələn soydaşlarımız və dostları əllərində plakat və bayraqlarla Avstriya parlamentinin qarşısına yığışıblar.

Mitinq iştirakçıları beynəlxalq ictimaiyyəti Xocalıda azərbaycanlılara qarşı baş vermiş faciəyə, ermənilərin etnik təmizləmə siyasətinə göz yummamağa, faciəyə hüququ qiymətin verilməsi, cinayətkarların cəzalandırılması üçün tədbirlər görməyə çağırmaq üçün yığışıblar.

Etiraz aksiyasında iştirak etmək üçün soydaşlarımızın 31 ölkədən yığışması təsadüfi deyil. Bu Xocalı faciəsindən 31 il keçməsinin rəmzi mənasını daşıyır.

Həmvətənlərimiz mitinqin sonunda birgə bəyanat yayacaqlar. Xocalı qurbanlarının xatirəsinə 613 şam yandırılacaq.