Avropada gərginlik son həddə: yeni müharibə təhlükəsi artır – VİDEO

Belarusla Avropa dövlətləri arasında münasibətlər getdikcə daha da gərginləşir.

Globalinfo.az xəbər verir ki, artıq Litva və Latviya Belarusla sərhədlərin möhkəmləndirilməsinə başlayıblar.

Belə ki, hər iki ölkə sərhədə hərbi texnika cəmləşdirməyə başlayıb.

Qeyd edək ki, hazırda Belarusa qarşı Avropa dövlətlərinin təzyiqləri artır.

Xüsusən Polşa “Vaqner”in bu ölkənin ərazisində yerləşdirilməsindən sonra Belarusa qarşı sərhədlərini möhkəmləndirir.

İntiqam Əhmədov
Globalinfo.az