Avropa liderləri ABŞ Prezidenti Donald Trampın Rusiya Prezidenti Vladimir Putinlə əldə etdiyi razılaşmalar barədə dediklərindən sonra təəccüb və məyusluq yaşayıblar.
Globalinfo.az xəbər verir ki, bu barədə “Financial Times” qəzetinin yazısında yer alıb.
Nəşrin diplomatik mənbələrə istinadən yazdığına görə, Avropa siyasətçiləri Trampın açıqlamalarından sarsılıb. Onlar ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməməsinə heyrətləniblər.
Avropalı liderlərin fikrincə, Trampın sözlərindən belə nəticə çıxıb ki, o, Moskva üzərində daha güclü təzyiq göstərmək niyyətində deyil.
Aysel Əliyeva
Globalinfo.az