NATO ölkələrinin fikrincə, ABŞ prezidenti Donald Tramp Avropadan əlavə 5 mindən çox hərbçini çıxarmağa hazırlaşır.
Globalinfo.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat dərc edib.
Məlumata görə, Vaşinqton Almaniya, İtaliya və İspaniyadakı hərbi mövcudluğunu azaltmağı, həmçinin Almaniyada uzaqmənzilli raket yerləşdirmə planından imtina etməyi nəzərdən keçirir.
Müzakirə olunan digər variantlar arasında bəzi hərbi təlimlərin dayandırılması və qüvvələrin Tramp administrasiyasına daha loyal hesab edilən ölkələrə yönləndirilməsi də var.
Hazırda Avropada təxminən 85 min ABŞ hərbçisi yerləşir. Bu bazalar ABŞ-ın Yaxın Şərq, Afrika və Mərkəzi Asiyadakı əməliyyatları üçün əsas dayaq nöqtələrindən sayılır.
Əliyar Xəlil
Globalinfo.az