Avropa Şurasının Baş katibindən Bakıda baş vermiş partlayışla bağlı paylaşım

“Bu gün Bakıda baş verən partlayışdan kədərləndiyimi bildirirəm”.

Globalinfo.az xəbər verir ki, bunu Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç Buriç “X” sosial şəbəkə platformasındakı səhifəsindən yazıb.

“Zərərçəkənlərə və onların yaxınlarına, həmçinin Azərbaycan hakimiyyətinə başsağlığı verirəm”, – o bildirib.